Bazar, 28 Aprel

"İran müttəfiqlərin ərazisində PUA istehsal edə bilər" - Rusiyalı general

image

İran müttəfiqlərin ərazisində, hətta onların döyüş əməliyyatları aparması şəraitində belə pilotsuz təyyarələrin yığılması və istehsalını təşkil edə bilir

Xəbər verilir ki, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi (2004-2008), ordu generalı Yuri Baluyevski deyib.

"İranın kommersiya baxımından əlçatana olan müxtəlif komponent və materiallardan istifadə etməklə nisbətən ucuz idarə olunan raketlərin və PUA-ların hazırlanmasında əldə etdiyi uğur bu silahların müttəfiqlərin ərazisində yığılması və istehsalını təşkil etməyə belə imkan verir", - Rusiya mediası generalın fikrindən sitat gətirib. 

General həmçinin qeyd edib ki, husilərin ixtiyarında olan ən müasir ballistik raketlərlə yanaşı, nisbətən sadə sursat və qanadlı raketlər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin müasir Qərb sursatları ilə silahlanmış hava hücumundan müdafiə sistemləri üçün ciddi problemlər yaratmağa davam edir.

Xatırladaq ki, bir müddət öncə bir sıra KİV-lər İran pilotsuz təyyarələrinin Rusiyaya mümkün tədarükü ilə bağlı xəbərlər dərc etmişdilər. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39